İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 14-də Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. Görüşdə Azərbaycan–Bəhreyn münasibətləri, ikitərəfli əməkdaşlıq və Azərbaycanın AQEM-ə sədrliyi müzakirə olunub.

39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. Görüşdə Azərbaycanla Bəhreyn arasında dostluq və qardaşlıq münasibətləri, yüksək səviyyəli tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş zamanı Bəhreynin xarici işlər naziri ölkəsinin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Əbdüllətif bin Rəşid Al Zayani bildirib ki, Bəhreyn Kralı Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Prezident İlham Əliyev Bəhreyn Kralının salamlarına görə minnətdarlığını ifadə edib və onun da salamlarını Həməd bin İsa Al Xəlifəyə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Azərbaycan və Bəhreyn arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Prezident iki ölkənin yüksək səviyyəli tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.

İlham Əliyev Bəhreynin xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini nəzərdən keçirmək baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Azərbaycanın fəaliyyəti də müzakirə olunub.

Bəhreynin xarici işlər naziri Azərbaycanın AQEM-ə sədrliyinin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Qonaq Azərbaycanın təşkilata yüksək səviyyədə sədrlik etdiyini vurğulayaraq bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib.

Söhbət zamanı Azərbaycan və Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.