İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Ettienn Berxtoldu qəbul edib. Görüşdə siyasi dialoq, investisiyalar, enerji əməkdaşlığı və Azərbaycan qazının Avstriyaya tədarükü müzakirə olunub.

66

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.

MSNews.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində danışaraq Avstriyanın Bakıdakı yeni səfiri kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Berxtold diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümid etdiyini bildirib.

Prezident İlham Əliyev səfirin Azərbaycan dilində danışmasını müsbət qarşılayıb və Azərbaycanla Avstriya arasında siyasi dialoq, iqtisadi əlaqələr, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Azərbaycanda uzun illərdir Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini xatırladaraq, onların sayının gələcəkdə artırılmasının əhəmiyyətini vurğulayıb. Tərəflər müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı roluna da toxunublar.

Görüşün əsas mövzularından biri enerji əməkdaşlığı olub. Prezidentin rəsmi saytının məlumatına görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib və 2026-cı ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti də qeyd olunub. Səfir Ettienn Berxtold isə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.