İlham Əliyev “Avaza”da Azərbaycanın milli stendi ilə tanış olub

Prezident İlham Əliyev və MDB liderləri “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. Azərbaycan stendində xalçaçılıq, keramika, kəlağayı, şəbəkə sənəti və milli mətbəx nümunələri nümayiş etdirilib.

69

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.

MSNews.az xəbər verir ki, Azərbaycan stendində ölkənin milli incəsənət və mədəni irsini əks etdirən müxtəlif nümunələr nümayiş olunur.

Stenddə milli incəsənətə dair kitablar, xalçaçılıq, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, eləcə də bu sahələr haqqında məlumatlandırıcı videoçarxlar təqdim edilib.

Ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti və milli mətbəxi barədə də məlumat verilib. Yerli məhsullardan hazırlanmış müxtəlif nümunələr nümayiş etdirilib, onların hazırlanma üsulları və xüsusiyyətləri barədə məlumatlar təqdim olunub.

Milli stend Azərbaycanın ənənəvi sənətkarlıq nümunələrinin, mətbəxinin və mədəni irsinin MDB ölkələrinin nümayəndələrinə təqdim olunmasına imkan yaradıb.

Tədbir Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində təşkil olunub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.