“Hraparak”: Ermənistanın güc strukturlarında yeni istefalar gözlənilir

Ermənistan mediası Azərbaycan hərbçisi Nəsimi Musayevin Sünik vilayətinə keçməsindən sonra Müdafiə Nazirliyi və digər güc strukturlarında yeni istefaların mümkün olduğunu yazır. MTX direktor müavini David Sanamyan artıq vəzifəsindən azad edilib.

80

Ermənistanda Azərbaycan hərbçisi Nəsimi Musayevin Sünik vilayətinə keçməsi ilə bağlı insidentdən sonra Müdafiə Nazirliyi və digər güc strukturlarında yeni istefaların gözlənildiyi bildirilir.

MSNews.az xəbər verir ki, “Hraparak” öz mənbələrinə istinadən yazır ki, baş verən hadisə yalnız Milli Təhlükəsizlik Xidmətinin deyil, Müdafiə Nazirliyi də daxil olmaqla bir sıra güc strukturlarının fəaliyyətindəki çatışmazlıqları gündəmə gətirib.

İnsidentdən bir neçə gün sonra Ermənistan MTX direktorunun müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib. Ermənistan hökumətinin qərarında onun işdən çıxarılmasının səbəbi göstərilməyib. Sanamyanın fəaliyyət istiqamətlərindən birinin MTX-nin Sərhəd Qoşunlarının koordinasiyası olduğu bildirilir.

“Hraparak”ın mənbələri iddia edir ki, sərhədin pozulması barədə məlumat daxil olduqdan sonra aidiyyəti dövlət strukturları ərazini mühasirəyə almalı, müəyyən radiusda axtarış aparmalı və yaxın yaşayış məntəqələrini məlumatlandırmalı idilər. Nəşr yazır ki, bu tədbirlərin lazımi səviyyədə görülmədiyi barədə hakim dairələrdə narazılıq var.

Nəşrin oktyabrın 7-də yaydığı digər məlumata görə, hakim “Vətəndaş müqaviləsi” daxilində MTX direktoru Andranik Simonyanın məsuliyyəti də müzakirə olunur. Müdafiə naziri Suren Papikyanın məsuliyyəti məsələsində isə hakim komanda daxilində vahid mövqenin olmadığı bildirilir.

Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev oktyabrın 1-də Sünik vilayətinin Şaki yaşayış məntəqəsində aşkarlanıb və daha sonra saxlanılıb. Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan tərəfinin məlumatına görə, Nəsimi Musayev sentyabrın 26-da Laçın istiqamətində yerləşən hərbi hissədə xidmət yerində olmayıb və bundan sonra onun axtarışına başlanılıb.

Ermənistan MTX isə daha sonra bildirib ki, sərhədi qanunsuz keçən şəxsin yalnız Musayev olduğunu və başqa silahlı şəxslərin Ermənistan ərazisində olması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.