Holandın 4 rekordu Ginnes tərəfindən rəsmiləşdirilib

“Mançester Siti”nin hücumçusu Erlinq Holand Premyer Liqa, Millətlər Liqası və Çempionlar Liqasında əldə etdiyi dörd göstəriciyə görə Guinness World Records sertifikatları alıb.

58

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand futbol karyerasında əldə etdiyi dörd nailiyyətə görə “Ginnesin Dünya Rekordları”nın rəsmi sertifikatlarını alıb. Sertifikatlar futbolçuya “Etihad” stadionunda təqdim edilib.

MSNews.az xəbər verir ki, Ginnes avqustun 13-də Holandın dörd rekordunu açıqlayıb. Bunlardan ən yenisi Premyer Liqada 100 qol həddinə ən az oyunla çatan futbolçu rekordudur. Holand 2 dekabr 2025-ci ildə “Fulhem”lə görüşdə 111-ci Premyer Liqa oyununda 100-cü qolunu vuraraq Alan Şirerin 124 oyunluq əvvəlki rekordunu geridə qoyub.

Norveçli hücumçunun digər rekordu 2022/23 mövsümündə vurduğu 36 Premyer Liqa qoludur. Holand İngiltərədəki debüt mövsümündə bu göstəriciyə çataraq 38 oyunluq Premyer Liqa mövsümündə ən çox qol vuran futbolçu olub.

Holand Norveç millisinin heyətində UEFA Millətlər Liqasının da rekordçusudur. O, 2020-2024-cü illər arasında turnirdə 19 qol vuraraq yarış tarixinin ən məhsuldar futbolçusu statusunu qazanıb.

Dördüncü rekord isə UEFA Çempionlar Liqası ilə bağlıdır. Holand 14 mart 2023-cü ildə “RB Leypsiq”ə qarşı bir oyunda 5 qol vurub. O, bu göstərici ilə Lionel Messi və Luiz Adrianonun rekordunu təkrarlayıb. Haaland həmin beş qolu cəmi 57 dəqiqə ərzində vurmuşdu.

Qeyd edək ki, bu rekordların hamısı indi müəyyənləşdirilməyib. “Guinness World Records” Holandın daha əvvəl qazandığı dörd rekord üzrə sertifikatların futbolçuya birlikdə təqdim edildiyini açıqlayıb.