“Hajduk” azarkeşləri “Dinamo” bannerini yandırdı

Xorvatiya derbisində “Dinamo Zaqreb”in "Bad Blue Boys" banneri matç zamanı yandırılıb. Xorvatiya mediası hadisənin “Hajduk”un "Torcida" ultras qrupu tərəfindən məsafədən idarə olunan pirotexniki qurğularla təşkil edildiyini yazır.

1

Xorvatiya çempionatında “Dinamo Zaqreb” və “Hajduk Split” arasında keçirilən derbi meydandakı oyundan çox tribunadakı insidentlə gündəmə gəlib. Zaqrebdəki “Maksimir” stadionunda “Dinamo”nun ən fəal azarkeş qrupu olan “Bad Blue Boys”un nəhəng banneri matç zamanı alovlanıb. Xorvatiya mediası hadisənin “Hajduk”un ultras qrupu “Torcida” tərəfindən təşkil edilmiş mümkün sabotaj olduğunu yazır.

Xəbəri yerli “24sata.hr”

İlkin anlarda bannerin “Dinamo” azarkeşlərinin öz pirotexniki şousu zamanı təsadüfən yandığı ehtimal olunub. Lakin bir neçə dəqiqə sonra “Hajduk” azarkeşlərinin yerləşdiyi tribunada bunun “Torcida” tərəfindən edildiyini göstərən istehzalı bannerlər açılıb. “24sata” yazır ki, “Torcida” həmin mesajlarla əvvəlki derbidə baş verən provokasiyaya cavab verdiyini göstərib.

Hadisənin necə həyata keçirildiyi ilə bağlı müxtəlif versiyalar yayılıb. “Večernji list”ə istinad edən “Tportal” bildirir ki, bannerin alt hissəsində məsafədən idarə olunan altı partlayıcı/piretexniki qurğu aktivləşdirilib. Eyni məlumatda şimal tribunasının yuxarı hissəsində daha üç qurğunun quraşdırıldığı, lakin onların “Bad Blue Boys” üzvləri tərəfindən vaxtında aşkar edilərək polis köməyi ilə zərərsizləşdirildiyi qeyd olunur.

Bəzi mənbələr hadisədə iştirak edən şəxslərin stüard və ya fotoreportyorlara bənzər fluoresan jiletlər geyindiyini yazır. “Sport Klub”-un məlumatına görə, yayılan foto və videolarda bannerin üç yerdən yandığı, insidentlə əlaqələndirilən iki nəfərin isə təhlükəsizlik əməkdaşlarına bənzər geyimdə olduğu görünür. Bununla belə, onların həqiqətən stüard kimi stadiona daxil olub-olmaması hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Matçın özü “Dinamo Zaqreb”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin derbinin əsas müzakirə mövzusu məhz bannerin yandırılması və stadion təhlükəsizliyinin necə pozula bilməsi olub.

Hadisə Xorvatiya futbolunda ən sərt rəqabətlərdən biri sayılan “Dinamo” – “Hajduk” qarşıdurmasının azarkeş müstəvisində daha da gərginləşdiyini göstərir. Xorvatiya mediası insidentdən sonra stadion təhlükəsizliyi, pirotexniki vasitələrin arenaya necə daxil edilməsi və mümkün məsuliyyət məsələləri üzrə araşdırmanın davam edəcəyini yazır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.