“Google” okeanda süni intellekt mərkəzi qurur

"Google", Hind okeanındakı Milad adasında böyük süni intellekt və data mərkəzi qurmağa hazırlaşır. Layihə regional hərbi və strateji təsirləri ilə diqqət çəkir.

83

Texnologiya nəhəngi “Google”, bu ilin əvvəlində Avstraliya Müdafiə Nazirliyi ilə imzaladığı bulud texnologiyaları əməkdaşlığından sonra Hind Okeanındakı Milad (Christmas) adasında böyük süni intellekt əsaslı veri mərkəzi yaratmağa hazırlaşır.

Reuters-in əldə etdiyi sənədlər və rəsmi şəxslərin açıqlamalarına görə, layihənin texniki detalları tam açıqlanmasa da, onun regional strateji təsiri ciddi diqqət çəkir.

Avstraliyaya məxsus olan və İndoneziyadan təxminən 350 km cənubda yerləşən Milad adası, geopolitik baxımdan mühüm mövqeyə malikdir. Mütəxəssislər hesab edir ki, “Google”-un burada quracağı mərkəz yalnız texnoloji investisiya deyil, həm də hərbi müşahidə və komanda əməliyyatları üçün əhəmiyyətli infrastruktur rolunu oynaya bilər.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri strateqi Brayan Klark bildirib ki, bu cür süni intellekt dəstəkli mərkəzlər kəşfiyyat, pilotsuz sistemlərin idarə olunması, əməliyyat koordinasiyası və hədəfləmə kimi sahələrdə “irəli komanda nöqtəsi” kimi çıxış edə bilər.

Onun sözlərinə görə, potensial münaqişə şəraitində dənizaltı fiber-optik kabellər, peyk əlaqələrinə nisbətən daha sabit və müdaxiləyə az həssas rabitə imkanı təmin edir. Klark həmçinin bildirib ki, Çin böhran vəziyyətində peyk sistemlərini və Starlink şəbəkələrini bloklamağa çalışa bilər.

Bu məqsədlə “Google” keçən ay Darvin – Milad adası arasında ilk dənizaltı rabitə kabelinin çəkilməsi üçün ekoloji təsir qiymətləndirməsi sənədlərini təqdim edib. Kablonun ABŞ ordusu ilə əməkdaşlıq edən SubCom şirkəti tərəfindən çəkilməsi nəzərdə tutulur.

Milad adası Şura rəhbəri Stiv Pereira bildirib ki, layihə icmadan öncə sosial təsir baxımından araşdırılır, lakin əhali ümumilikdə iş yerlərinin artması və infrastrukturun güclənməsi səbəbindən mərkəzin yaradılmasına müsbət yanaşır.

Hazırda təxminən 1 600 nəfərin yaşadığı ada uzun illər zəif internet və məhdud iqtisadi imkanlarla tanınırdı. Lakin son illərdə müdafiə və logistika yönümlü investisiyalar adanın strateji rolunu artırıb.

Keçmiş Avstraliya Hərbi Dəniz Qüvvələri komandanı Piter Livi qeyd edib ki, ada Sunda, Lombok və Malakka boğazlarındakı dəniz hərəkətini izləmək üçün kritik strateji nöqtə hesab olunur.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026