Yəmən ordusu husilərə qarşı 4 dron briqadası yaradıb
Yəmən hökumət qüvvələrinin pilotsuz aviasiya imkanlarını genişləndirərək dörd dron briqadası formalaşdırdığı bildirilir. Ordunun bəzi PUA-larının əməliyyat radiusunun 600 kilometrədək çatdığı qeyd olunur.
Husilərin Marib və Hədramaut hücumlarında azı 30 hərbçi ölüb
Husilər Yəmənin Marib və Hədramaut vilayətlərində hökumət qüvvələrinin hərbi düşərgələrinə ballistik raket və PUA-larla zərbələr endirib. Azı 30 hərbçinin öldüyü, 50-dən çoxunun yaralandığı bildirilir.