Şimali Koreyadan “ağıllı” raket sınağı: “Yayınmaq mümkün deyil”

Şimali Koreya süni intellekt texnologiyasından istifadə etdiyi və aşağı hündürlükdə trayektoriyasını dəyişə bildiyi bildirilən ortamənzilli strateji raketin sınağını keçirib. Pxenyan raketin müdafiə sistemlərindən yayınmaq imkanına malik olduğunu iddia edir.

Şimali Koreya ABŞ-Cənubi Koreya təlimləri ərəfəsində raket buraxıb

Şimali Koreya Vonsan rayonundan ballistik raket buraxıb. Raket 700 kilometrdən çox uçub. Sınaq ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” təlimləri ərəfəsində keçirilib.