Ukraynanın 2027-ci ildə Avropa İttifaqına üzvlüyü mümkün deyil

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ukraynanın 1 yanvar 2027-ci ildə İttifaqa üzv olmasını real hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Kiyevə üzvlük prosesində xüsusi güzəşt edilməyəcək.