Kim Çen In yeni esminesin sınaqlarına rəhbərlik etdi

Şimali Koreya lideri Kim Çen In “Kan Qon” esminesinin döyüş sistemlərinin sınaqlarını izləyib. Sınaqlar zamanı strateji qanadlı raket buraxılıb, artilleriya, avtomatik toplar və radioelektron mübarizə sistemləri yoxlanılıb.