Polşadan Avropaya çağırış: Rusiyanın bütün konsulluqları bağlansın
Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa ölkələrini Rusiya konsulluqlarını bağlamağa, diplomatlarının fəaliyyətini məhdudlaşdırmağa və rusiyalılara turist vizalarının verilməsini azaltmağa çağırıb. Nazir NATO-nun mümkün ölümcül hibrid hücumlara hazırlaşmalı olduğunu bildirib.