Bakıda məktəbi yandırmağa cəhd: Saxlanılan 6 nəfərdən 5-i şagirddir

Bakının Yasamal rayonunda orta məktəbdə yanğın törətməyə cəhdlə bağlı 6 nəfər saxlanılıb. DİN-in məlumatına görə, şübhəlilərdən beşi həmin məktəbin 10–11-ci sinif şagirdləridir.