Bakıda məktəbi yandırmağa cəhd: Saxlanılan 6 nəfərdən 5-i şagirddir

Bakının Yasamal rayonunda orta məktəbdə yanğın törətməyə cəhdlə bağlı 6 nəfər saxlanılıb. DİN-in məlumatına görə, şübhəlilərdən beşi həmin məktəbin 10–11-ci sinif şagirdləridir.

46

Bakının Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd göstərilməsi ilə bağlı 6 nəfər saxlanılıb. Saxlanılanlardan beşinin həmin təhsil müəssisəsinin 10 və 11-ci sinif şagirdləri olduğu məlum olub.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 12-də baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanğın törətməyə cəhddə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov və həmin məktəbdə təhsil alan daha beş nəfər saxlanılıb.

İlkin məlumatlara əsasən, hadisənin qarşısı vaxtında alınıb və xəsarət alan olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.