“James Webb” kainatda “qara dəlik-ulduz” aşkarlayıb
Astronomlar “James Webb” teleskopu ilə erkən Kainatda MoM-BH*-1 adlı qeyri-adi obyekt aşkarlayıblar. Alimlərin modelinə görə, Günəş sistemi ölçüsündə sıx qaz buludunun mərkəzində 100 min Günəş kütləli qara dəlik yerləşə bilər.