ABŞ 200-dən çox hərbçisini itirib?

SEPAH nümayəndəsi Hüseyn Möhəbbi “Nəsr-2” əməliyyatı zamanı 200-dən çox amerikalı hərbçinin öldürüldüyünü və ABŞ-nin regiondakı hərbi infrastrukturuna ciddi zərər vurulduğunu bildirib. İran tərəfinin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

ABŞ İrana yeni zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı İran ərazisində təxminən 90 hərbi hədəfə zərbə endirildiyini açıqlayıb. Hücumların məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətmək kimi izah olunur.