“Sabah” Çempionlar Liqasından minimum 20 milyon avroya yaxın gəlir gözləyir
Çempionlar Liqasının liqa mərhələsinə yüksələn “Sabah” 18,62 milyon avro sabit ödəniş alacaq. Digər komponentlərlə klubun minimum gəlirinin təxminən 20,18 milyon avroya çatacağı hesablanır.
“Sabah” “Hapoel”i 5:2 məğlub edərək Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib
“Sabah” UEFA Çempionlar Liqasının pley-offunda İsrailin “Hapoel Beer-Şeva” klubunu əlavə vaxtdan sonra 5:2 hesabı ilə məğlub edib və tarixində ilk dəfə turnirin liqa mərhələsinə vəsiqə qazanıb.