İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb
Prezident İlham Əliyev oktyabrın 14-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Tərəflər strateji tərəfdaşlıq, müttəfiqlik, artan ticarət dövriyyəsi, energetika, nəqliyyat-logistika və qarşılıqlı investisiya layihələrini müzakirə ediblər.
Azərbaycan və Türkmənistan arasında sənədlər mübadilə olunub
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin mübadiləsi mərasimi keçirilib. Tərəflər birgə bəyanat və bir sıra əməkdaşlıq sənədlərini rəsmiləşdiriblər.