Tramp İrana yeni zərbələri nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyaları və körpülərinə zərbələrin mümkün olduğunu bildirib. SEPAH isə ABŞ obyektlərinə cavab zərbələri endirdiyini iddia edir.

Trampdan İrana sərt ultimatum

Donald Tramp İranın Hörmüz boğazını açmaması və razılaşmaya getməməsi halında ölkənin elektrik stansiyaları və körpülərinin vurulacağını bildirib. "Reuters", "AP" və "WSJ" Trampın ultimatumunun çərşənbə axşamı axşama qədər qüvvədə olduğunu yazır.