Ərdoğan Hendrik Vüstu qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Reyn-Vestfaliyanın baş naziri Hendrik Vüstu Ankarada qəbul edib. Görüşdə iqtisadi əməkdaşlıq, Aİ-Türkiyə münasibətləri, Gömrük İttifaqı və viza məsələləri müzakirə olunub.
Almaniyada yeni sorğu: AfD 29%-ə yüksəlib, XDİ/XSİ 19%-ə düşüb
INSA-nın yeni sorğusunda XDİ/XSİ bloku hazırkı Bundestaq çağırışı dövründə ən aşağı göstəricisini – 19%-i qeydə alıb. AfD isə 29%-lə XDİ/XSİ-ni 10 faiz bəndi qabaqlayır.