Yapon alimlər balıqların güzgüdə özünü tanıya bildiyini göstəriblər

Osaka Metropolitan Universitetinin alimləri "Labroides dimidiatus" balıqlarının güzgü testində öz əksini tanıya biləcəyini göstərən nəticələr əldə ediblər. Tədqiqat heyvan şüuru ilə bağlı yeni müzakirələr yaradıb.