Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxıldı
Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası ilə 25 dekabr 2025-ci il tarixindən yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb. Yeni əsginasın dizayn elementləri əvvəlki nümunə ilə eynidir.
“Qarabağ” bu gün “Ayaks”ı qəbul edir
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün altıncı oyununda Niderlandın “Ayaks” komandası ilə qarşılaşacaq. Oyun saat 21:45-də başlayacaq və “İTV” kanalı vasitəsilə canlı yayımlanacaq. Hakimlər briqadası Sloveniyadan olacaq.