Ermənistan xaricdə yaşayanların səsverməsini məhdudlaşdırdı

Ermənistan parlamenti Seçki Məcəlləsinə və referendum haqqında qanuna dəyişiklikləri qəbul edib. Yeni qaydalara əsasən, parlament seçkilərində və referendumlarda yalnız son iki ilin ən azı 366 gününü Ermənistanda yaşamış vətəndaşlar səs verə biləcəklər.

10

Ermənistan xaricdə uzun müddət yaşayan vətəndaşlarının parlament seçkilərində və referendumlarda iştirakını məhdudlaşdırıb.

MSNews.az xəbər verir ki, Ermənistan Milli Assambleyası Seçki Məcəlləsinə və referendum haqqında qanuna dəyişiklikləri qəbul edib. “Reuters”in məlumatına görə, yeni qaydalara əsasən, vətəndaşlar adi seçkilərdə səs verə bilmək üçün səsvermə gününə 48 gün qalmış tarixdən hesablanmaqla əvvəlki iki ilin ən azı yarısını Ermənistanda yaşamış olmalıdırlar. Növbədənkənar seçkilərdə isə bu müddət səsverməyə 28 gün qalmış tarixdən hesablanacaq.

Armenpress” yazır ki, dəyişikliklər parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılarkən əsas şərt son 730 günün ən azı 366 gününün Ermənistan ərazisində keçirilməsi kimi təqdim olunub. Layihə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları tərəfindən irəli sürülüb.

Dəyişiklik tərəfdarları bildirirlər ki, seçkilərdə ölkənin daxili problemlərini yaxından bilən və Ermənistanla real yaşayış əlaqəsi olan vətəndaşların iştirakı təmin edilməlidir. “Reuters” qeyd edir ki, qanun iyunun 7-də keçirilən parlament seçkilərindən sonra qəbul olunub. Həmin seçkilərdə Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 49,8 faiz səslə qalib gəlib.

Qanun layihəsi Ermənistan diasporasının seçki prosesinə təsiri ilə bağlı müzakirələr fonunda gündəmə gəlib. “Reuters” daha əvvəl Qərb kəşfiyyat rəsmilərinə və sənədlərə istinadən Rusiyanın Ermənistanda seçkilərə təsir göstərmək üçün Rusiyada yaşayan ermənilərin ölkəyə gətirilməsi planlarını araşdırdığını yazmışdı. Moskva bu iddiaları rədd edib və onları “casusluq maniyası” adlandırıb.

Bununla belə, dəyişikliklər Ermənistan daxilində tənqidlərə də səbəb olub. “Radio Azadlıq” yazır ki, qanunun lehinə əsasən hakim partiyanın deputatları səs verib. Bir sıra vətəndaş cəmiyyəti təşkilatları isə dəyişiklikləri konstitusiyaya zidd və vətəndaşların siyasi hüquqlarını məhdudlaşdıran addım kimi qiymətləndiriblər.

Yeni qaydalar parlament seçkiləri və referendumlara şamil olunur. Xaricdə yaşayan Ermənistan vətəndaşları tələb olunan yaşayış müddətini yerinə yetirmədikləri halda bu səsvermələrdə iştirak edə bilməyəcəklər.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.