Ərdoğan və Putin Türkmənistanda görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək zirvə çərçivəsində görüşəcək. Görüşdə Ukrayna savaşı və Türkiyə-Rusiya enerji ticarəti müzakirə olunması gözlənilir.

205

11-12 dekabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək zirvə çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin bir araya gələcək.

Kreml tərəfindən verilən açıqlamaya görə, iki lider 12 dekabrda Türkmənistanın daimi bitərəflik statusunun tanınmasının 30-cu ildönümü münasibətilə Aşqabadda keçiriləcək tədbirlərdə iştirak edəcək.

Görüşdə ikili arasında hansı məsələlərin müzakirə olunacağı hələlik açıqlanmayıb. Lakin gözləntilərə görə, Ukrayna savaşı ilə bağlı son vəziyyət və Türkiyə-Rusiya enerji ticarəti gündəmin əsas mövzularından olacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.