“El País” sorğusu: Tramp ispaniyalılar üçün əsas təhlükədir

"El País" və "Cadena SER" üçün "40dB"-nin keçirdiyi sorğuya görə, ispaniyalılar Donald Trampı qlobal sülh üçün ən böyük təhlükə hesab edir, Putin ikinci, Netanyahu isə üçüncü yerdədir.

24

İspaniyanın “El País” nəşri və “Cadena SER” üçün “40dB” tərəfindən hazırlanan aprel barometrinin nəticələrinə görə, ispaniyalı respondentlər ABŞ Prezidenti Donald Trampı dünya sülhü üçün ən böyük təhlükə hesab edirlər. Sorğuda iştirak edənlərin 81 faizi Trampı planetdə sülhü ən çox riskə atan lider kimi göstərib. 

Araşdırmada ikinci yerdə Rusiya Prezidenti Vladimir Putin qərarlaşıb. Respondentlərin 79,3 faizi Putini qlobal sülh üçün təhlükə kimi qiymətləndirib. Siyahının üçüncü pilləsində isə İsrailin Baş naziri Benyamin Netanyahu yer alıb və onun adı iştirakçıların 71,2 faizi tərəfindən risk yaradan liderlər sırasında qeyd olunub.

Sorğunun nəticələrinə əsasən, daha sonrakı yerlərdə İranın yeni ali lideri Müctəba Xamenei və Şimali Koreya rəhbəri Kim Çen In qərarlaşıb. “El País”-in dərc etdiyi rəqəmlərə görə, Müctəba Xameneyini respondentlərin 62,9 faizi, Kim Çen Inı isə 62,25 faizi qlobal sülh üçün təhlükə hesab edib. Çin lideri Si Cinpin isə 49,3 faiz göstərici ilə bu siyahıda daha aşağı pillədə yer alıb.

Qeyd edək ki, söhbət qlobal miqyaslı beynəlxalq sorğudan deyil, İspaniya daxilində keçirilmiş rəy sorğusundan gedir. “El País” məqaləsində bu nəticələr “ispaniyalıların dünya sülhü üçün təhlükə saydığı liderlər” kimi təqdim olunur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930