“Çikaqo Fayr” Levandovskiyə illik 20 milyon avro təklif edir

MLS təmsilçisi “Çikaqo Fayr” Robert Levandovskiyə bonuslarla birlikdə illik 20 milyon avroya çata biləcək müqavilə təklif etməyə hazırdır. “Barselona” isə futbolçunu yalnız maaş azalması ilə saxlaya bilər.

ABŞ-ın MLS liqasında çıxış edən “Çikaqo Fayr” klubu “Barselona”nın polşalı hücumçusu Robert Levandovski ilə maraqlanır.

“Mundo Deportivo”-ya istinadən yayılan məlumatlara görə, Amerika klubu 37 yaşlı futbolçuya bonuslarla birlikdə illik 20 milyon avroya çata biləcək müqavilə təklif etməyə hazırdır.

Məlumata əsasən, təklifin baza hissəsi təxminən 15 milyon avro, bonuslarla birlikdə isə ümumi məbləğ 20 milyon avro ola bilər. Bu rəqəm Levandovskinin “Barselona”da qalacağı təqdirdə alacağı məbləğdən xeyli yüksək hesab olunur. Kataloniya klubunun veteran hücumçuya yalnız maaşında ciddi azalma şərti ilə yeni müqavilə təklif edə biləcəyi bildirilir.

“Çikaqo Fayr”ın idman direktoru Qreq Broton da Levandovskiyə marağı dolayısı ilə təsdiqləyib. O bildirib ki, MLS Robert kimi səviyyəli futbolçularla maraqlanır və klub bu çapda oyunçunu Çikaqoya gətirmək istəyini göstərib. Bununla belə, Broton Levandovskinin hələ “Barselona” futbolçusu olduğunu vurğulayaraq, mövzunu geniş şərh etməyin doğru olmadığını deyib.

Levandovskinin agenti Pini Zahavinin Barselonada olduğu və futbolçunun gələcəyi ilə bağlı danışıqlar apardığı bildirilir. Polşalı hücumçu hələ yekun qərar verməyib. Onun seçimi həm “Barselona”nın idman planından, həm də baş məşqçi Hansi Flikin ona gələcək mövsüm üçün hansı rolu nəzərdə tutmasından asılı olacaq.

Levandovski bu mövsüm “Barselona”da 42 oyunda 18 qol4 assistlə çıxış edib. Yaşı və müqavilə vəziyyəti fonunda onun gələcəyi yay transfer pəncərəsinin əsas mövzularından birinə çevrilə bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.