Bu gün UEFA Çempionlar Liqası turnirində 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
MSNews.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək və nəticədə 1/4 finalın ilk iştirakçıları bəlli olacaq.
Gecənin ən diqqətçəkən oyunu Mançester Siti ilə Real Madrid arasında olacaq. İngiltərə təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğundan cavab görüşündə çətin tapşırıq qarşısındadır.
Digər maraqlı qarşılaşmada Çelsi öz meydanında PSJ-ni qəbul edəcək. London klubu ilk oyunda 2:5 hesabı ilə uduzub.
Arsenal isə doğma azarkeşlər önündə Bayer Leverkuzen ilə üz-üzə gələcək. İlk matç 1:1 hesabı ilə başa çatıb.
Turnirin sürpriz komandalarından sayılan Budo-Qlimt isə səfərdə Sportinq ilə qarşılaşacaq. Norveç klubu ilk oyunda 3:0 hesablı qələbə qazanıb.
Oyun cədvəli
17 mart
21:45
Sportinq – Budo-Qlimt (ilk oyun – 0:3)
00:00
Arsenal – Bayer Leverkuzen (ilk oyun – 1:1)
Çelsi – PSJ (ilk oyun – 2:5)
Mançester Siti – Real Madrid (ilk oyun – 0:3)
18 mart
21:45
Barselona – Nyukasl (ilk oyun – 1:1)
00:00
Liverpul – Qalatasaray (ilk oyun – 0:1)
Bavariya – Atalanta (ilk oyun – 6:1)
Tottenhem – Atletiko Madrid (ilk oyun – 2:5)