Cəlilabadda magistral xətdə qəza: Sakinlər susuz qaldılar

Cəlilabad rayonunda içməli su təchizatında problem yaranıb.

37

Cəlilabad rayonunda içməli su təchizatında problem yaranıb.

MsNews.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində baş verən qəza nəticəsində rayonun bir hissəsinə suyun verilişi dayanıb.

Qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır.

Etiketlər: