Britaniya anti-Azərbaycan mövqeyi ilə tanınan gürcü politoloqa sanksiya tətbiq etdi

Böyük Britaniya Kremlin dezinformasiya narrativlərinin yayılmasında iştirak etməkdə ittiham olunan dörd Gürcüstan vətəndaşına, o cümlədən Nikoloz Mjavanadzeyə sanksiya tətbiq edib.

71

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək Kremlin dezinformasiya narrativlərinin yayılmasında iştirak etməkdə ittiham olunan dörd Gürcüstan vətəndaşına məhdudiyyət tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında Azərbaycana qarşı sərt mövqeyi ilə də tanınan gürcü politoloq və media nümayəndəsi Nikoloz Mjavanadze var.

MSNews.az xəbər verir ki, yeni sanksiyalar Nikoloz Mjavanadze, Giorgi İremadze, Mamuka Pipia və Paata Abuladzeni əhatə edir.

Britaniya tərəfinin əsaslandırmasına görə, sözügedən şəxslər Rusiyanın Ukraynaya qarşı siyasətini dəstəkləyən dezinformasiya narrativlərinin yayılmasında iştirak ediblər. Gürcüstan mediasının məlumatına görə, dörd şəxsin hamısı Rusiyanın nəzarətində olan Donetskə səfər edən nümayəndə heyətində yer alıb, oradakı Rusiya tərəfindən təyin olunmuş rəhbərliklə görüşüb və səfəri ictimai şəkildə işıqlandırıb.

Mjavanadze Gürcüstanda rusdilli “Sezoni TV”nin təsisçisi kimi fəaliyyət göstərir. Gürcüstanın “FactCheck” platforması daha əvvəl onun müxtəlif açıqlamalarını yoxlayaraq bir sıra hallarda yalan və dezinformasiya xarakterli məlumatların yayıldığı qənaətinə gəlib.

2025-ci ildə Gürcüstan Jurnalist Etikası Xartiyası da Mjavanadzenin aparıcılarından olduğu “Sezoni TV” proqramı ilə bağlı qərarında jurnalist etikasının bir neçə prinsipinin, o cümlədən dəqiq informasiya təqdim etmək prinsipinin pozulduğunu müəyyən etmişdi.

Təqdim olunan məlumatlarda Mjavanadze həmçinin Taonews informasiya agentliyinin baş direktoru, Gürcüstan Hüquq Müdafiəçiləri Birliyinin sədri, hüquqşünas, jurnalist və politoloq kimi təqdim olunur. Onun konkret anti-Azərbaycan fəaliyyəti barədə isə Britaniyanın sanksiya qərarında əsaslandırma göstərilmir; Londonun sanksiyası onun Rusiya və Ukrayna ilə bağlı fəaliyyətinə əsaslanır.

Yeni paket yalnız Gürcüstan vətəndaşları ilə məhdudlaşmır. Britaniyanın açıqlamasına görə, ümumilikdə 31 yeni sanksiya tədbiri elan edilib. Paketə ukraynalı mülki şəxslərin qanunsuz saxlanılması və işgəncələrində iştirak etməkdə ittiham olunan şəxslər, ukraynalı uşaqların ideoloji və hərbi hazırlığa cəlb edilməsində rolu olduğu bildirilən şəxslər və digər Rusiya ilə əlaqəli hədəflər daxildir.

Gürcüstanla əlaqəli yeni sanksiya paketinə Rusiyanın nəzarətindəki Cənubi Osetiyanın keçmiş de-fakto rəhbəri Alan Qaqloyev də daxil edilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.