ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper martın 29-da İsraildə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və digər yüksək rütbəli israilli hərbçilərlə görüşüb. İsrailli mənbələrin bildirdiyinə görə, danışıqlarda əsas diqqət İranla müharibə və Tehranın silah istehsalı imkanlarının zəiflədilməsi məsələlərinə yönəlib.
MSNews.az “The Times of Israel“-ə istinadən xəbər verir.
Görüş, İsrail ordusunun son günlər İranın hərbi istehsal infrastrukturuna qarşı zərbələri intensivləşdirdiyi bir vaxtda baş tutub. İsrail ordusunun sözçüsü Effie Defrin yaxın günlərdə İranın hərbi istehsal sahəsində “kritik” hədəflərə qarşı əməliyyatların əsas mərhələsinin tamamlanacağını bildirmişdi.
İsrail mediasında yayılan məlumatlara görə, Vaşinqton və Təl-Əviv İranla aparılan danışıqların nəticəsiz qalacağı ehtimalına qarşı hərbi koordinasiyanı da gücləndirir.