Bort baxıcılarında xərçəng riski digər insanlardan daha yüksəkdir

Harvard Universitetinin tədqiqatına görə, bort baxıcılarının xərçəng riski digər insanlara nisbətən daha yüksəkdir. Uçuş heyətində ionlaşmış şüalanma və qeyri-normal iş rejimi bu riski artırır.

71

Harvard Universiteti yanında İctimai Sağlamlıq Məktəbinin ekspertlərinin araşdırmasına görə, təyyarələrdə nizam və qaydaya nəzarət edən bort baxıcılarının xərçəng riski digər insanlara nisbətən daha yüksəkdir. Bu tədqiqat Environmental Health jurnalında dərc olunub.

Araşdırma zamanı 5 min bort baxıcısı və oxşar iqtisadi statusa malik 3 min kişi və qadın üzərində müayinələr aparılıb. Nəticələr göstərib ki, uçuş heyətində döş xərçəngi riski 3.4% təşkil edir, digər qruplarda isə bu göstərici 2.3% civarında olub.

Ekspertlər bildirirlər ki, bu fərqin əsas səbəbi bort baxıcılarının ionlaşmış şüalanmaya məruz qalması və qeyri-normal iş rejimi ola bilər. Avropa İttifaqı ölkələrində radiasiyanın səviyyəsinə nəzarət edilsə də, ABŞ aviakompaniyalarında bu sahədə ciddi tənzimləmə yoxdur.

Tədqiqatın həmmüəllifi Marina Mordyukova qeyd edir ki, bort baxıcılarının ultrabənövşəyi şüalara qarşı xüsusi kremlərdən istifadə etməsi, istirahət günlərini kifayət qədər dincəlməklə keçirməsi, balanslı qidalanması və idmanla məşğul olması tövsiyə olunur.