Azərbaycanda “Temu”ya qarşı aparılan araşdırma başa çatdı

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi olan "PDD Holdings"ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

9

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings”ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

MsNews.az “Report”a istinadla xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin – Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb.

Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti