Azad Verdis Respublikası: xəritədə yeri yoxdur, amma prezidenti var

Azad Verdis Respublikası Xorvatiya və Serbiya arasındakı 124 hektarlıq torpaq üzərində yaradılıb və gənc idealistlərin mikro dövlət utopiyasını nümayiş etdirir. Bu torpaqlar beynəlxalq hüquqda “terra nullius” kimi tanınır.

93

Xorvatiya və Serbiya arasındakı kiçik torpaq parçasında yaradılan Azad Verdis Respublikası bir gəncin azadlıq utopiyasını göz önünə sərir.

Latın mənşəli “terra nullius” anlayışı beynəlxalq hüquqda heç bir suveren dövlətin idarəçiliyi altında olmayan torpaqları ifadə edir. Yüzillər ərzində dünya xəritələri çəkildikcə belə torpaqlar azalmasına baxmayaraq tamamilə yox olmamışdır. Bu ərazilər adətən sərhəd mübahisələrinin kəsişmə nöqtələrində yaranır və “heç kimin sahiblənmədiyi” torpaqlar olaraq qalır.

Son illərdə bu cür kiçik torpaq parçaları gənc idealistlərin, mikro dövlət qurmaq istəyənlərin və azadlıq utopistlərinin diqqətini çəkir. Avropanın mərkəzində, Xorvatiya və Serbiya arasında xəritələrdə qeyri-müəyyən şəkildə yerləşən bir neçə hektarlıq ərazilər isə xüsusilə maraq doğurur.

II Dünya Müharibəsindən sonra Xorvatiya ilə Serbiya arasındakı sərhəd mübahisəli hala gəldi. Xorvatiya XIX əsrdə çəkilən köhnə mülkiyyət xəritələrini əsas götürərək fərqli sərhəd tələb edir, Serbiya isə Dunay çayının müasir axınını əsas alır. Bu fərqli yanaşmalar, Dunay boyunca dörd kiçik torpaq parçasının “terra nullius” olaraq qalmasına səbəb olub.

Hər iki ölkə bu torpaqları rəsmi olaraq tələb etməsə də, eyni zamanda onları tərk edilmiş saymaqdan da imtina edir. Durham Universitetindən Prof. Noam Leshem CNN-ə açıqlamasında bu cür torpaqların “qeyri-müəyyən hüquqi kateqoriya” yaratdığını bildirərək, “Torpaq iddiası hüquqdan, gücdən və ya hər ikisinin birləşməsindən qaynaqlanır. Bu bölgələr gücün sınandığı yerlərdir” ifadəsini işlətdi.

124 hektarlıq Azad Verdis Respublikası isə bu maraqlı mikro dövlət nümunəsi olaraq diqqət çəkir.