Avstraliyada silahlı hücum: Sidneyin Bondi çimərliyində atışma – ÖLƏNLƏR VAR

Sidneydə Bondi çimərliyində Hanuka tədbiri zamanı silahlı hücum baş verib. 7–10 nəfər yaralanıb, iki şübhəli saxlanılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Avstraliyanın Sidney şəhərində silahlı insident baş verib. Bondi çimərliyində Hanuka bayramına həsr olunmuş kütləvi tədbir zamanı atışma qeydə alınıb.

İlkin məlumatlara görə, üzlərini maska ilə gizlədən, ehtimal ki, iki nəfər kişi min nəfərdən çox insanın iştirak etdiyi izdihama atəş açıb. Hadisə çimərlik ərazisində panikaya səbəb olub.

Yerlı mənbələrin məlumatına əsasən, insident nəticəsində 10-12 nəfər həyatını itirib, yaralılar arasında polis əməkdaşı da var. Ölən və yaralananlar barədə məlumatlar yenilənir.

Yeni Cənubi Uels ştatının polisi iki şübhəli şəxsin saxlanıldığını açıqlayıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, əməliyyat davam etdirilir. Vətəndaşlara ərazidən uzaq durmaq tövsiyə olunub.

Bununla yanaşı, hadisə zamanı yerli sakinlərdən biri şəxsi təşəbbüs göstərərək, öz həyatını riskə atıb və hücum edənlərdən birini zərərsizləşdirərək silahını əlindən alıb. Polis bu məlumatı yoxlayır və hadisənin bütün təfərrüatları araşdırılır.

Hazırda istintaq davam edir, əlavə məlumatların veriləcəyi bildirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.