Avstraliya pley-offa yüksəldi

DÇ-2026-nın "D" qrupunda Paraqvay və Avstraliya 0:0 hesablı heç-heçə edib. Avstraliya qrup ikincisi kimi pley-off mərhələsinə vəsiqə qazanıb.

14

Paraqvay və Avstraliya milliləri DÇ-2026-nın “D” qrupunun son turunda 0:0 hesablı heç-heçə edib.

MSNews.az xəbər verir ki, qarşılaşma San-Fransisko Bay Area stadionunda keçirilib. Qolsuz başa çatan oyun Avstraliya millisinin pley-off mərhələsinə yüksəlməsi üçün kifayət edib.

Avstraliya bu nəticədən sonra “D” qrupunu ABŞ millisinin ardından ikinci pillədə tamamlayıb və 1/16 finala vəsiqə qazanıb. Komanda növbəti mərhələdə “G” qrupunun ikinci yer sahibi ilə Dallasda qarşılaşacaq.

Paraqvay isə qrupu 4 xalla üçüncü sırada başa vurub. Cənubi Amerika təmsilçisinin pley-offa yüksəlib-yüksəlməyəcəyi digər qruplardakı üçüncü yer sahiblərinin nəticələrindən asılı olacaq.

Oyun fiziki mübarizə ilə yadda qalıb. Avstraliya ilk hissədə daha fəal təsir bağışlasa da, son zərbələrdə dəqiqlik çatmayıb. Paraqvay isə fasilədən sonra hücumlarını artırıb, lakin rəqib qapısı qarşısında real qol imkanı yarada bilməyib.

Avstraliya yığması bu nəticə ilə Dünya Kuboklarında üçüncü dəfə pley-off mərhələsinə adlayıb. Paraqvay üçün isə qolsuz heç-heçə vəziyyəti tam aydınlaşdırmayıb və komanda digər qrupların yekun nəticələrini gözləməli olacaq.