Avstraliya klubunun futbolçuya qeyri-adi hədiyyəsi viral oldu

Avstraliyanın “Hamilton Azzurri” klubu qadın futbolçu Sem Bestvikə həftənin oyunçusu mükafatı kimi intim mağazadan hədiyyə paketi təqdim edib. Paylaşım sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

Avstraliyanın Nyukasl bölgəsində çıxış edən həvəskar futbol klubu “Hamilton Azzurri” qadın komandasının oyunçusu Sem Bestvikə təqdim olunan qeyri-adi hədiyyəyə görə sosial şəbəkələrdə gündəm olub. Klubun rəsmi sosial media paylaşımında Bestvik “All Age Women” komandası üzrə həftənin ən yaxşı oyunçularından biri kimi göstərilib. 

Sosial şəbəkələrdə yayılan fotoda futbolçuya yerli intim məhsullar mağazası “Confessions Boutique” tərəfindən təqdim olunan hədiyyə paketi görünür. İstifadəçilər paketdə vibrator və qamçı olduğunu bildirərək paylaşımı geniş müzakirə ediblər. Hadisə “Reddit”-in futbol bölməsində də viral olub və istifadəçilər bunu “qadın futbolunda həftənin oyunçusu üçün ən qeyri-adi mükafatlardan biri” kimi şərh ediblər.

“Hamilton Azzurri” mayın əvvəlində “Confessions Boutique” ilə əməkdaşlığı elan etmişdi. Klubun paylaşımında mağazanın “All Age Women’s A Grade” komandasına dəstək verdiyi qeyd olunub.

“Azzu­rri” adı Avstraliyadakı italyan futbol icması ilə əlaqələndirilir. “Hamilton Azzurri FC” 1963-cü ildə yaradılmış klublar sırasında göstərilir və Nyukasl bölgəsində fəaliyyət göstərir.

Paylaşım azarkeşlər arasında həm yumor, həm də mübahisə doğurub. Bir qrup istifadəçi bunu yerli klubun qeyri-adi sponsorluq addımı kimi qəbul etsə də, digərləri belə hədiyyələrin idman mükafatlandırması üçün uyğun olub-olmadığını müzakirə edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.