Atatürkçü leytenantlar barədə son qərar verildi

Ankara 4-cü İdarə Məhkəməsi, “Mustafa Kamalın əsgərləriyik!” şüarı ilə bağlı intizam cəzasını qanuni hesab edərək, “əmrə itaətsizlik” qərarını təsdiqlədi. 

70

Ankara 4‑cü İdarə Məhkəməsi, Türkiyə Silahlı Qüvvələri (TSK) Kara Harp Okulunun 30 Avqust 2024‑cü ildə keçirilən məzuniyyət mərasimində “Mustafa Kamalın əsgərləriyik!” deyərək qılıncla and mərasimində iştirak edən Atatürkçü leytenanta verilmiş intizam cəzasını qanuni hesab edib.

Bu qərar zabitin “əmre itaətsizlik” səbəbi ilə verilmiş cəzanın etibarlı olduğu yönündə çıxıb.

Milli Müdafiə Nazirliyi həmin mərasimdən sonra bu hərəkətə görə beş leytenanta “Türkiyə Silahlı Qüvvələrindən ayırma” cəzası verərkən, digər bir çoxuna “əmre itaətsizlik” səbəbi ilə intizam cəzası tətbiq etmişdi.

İntizam cəzasına məruz qalan leytenant M.T. məhkəməyə müraciət edərək, cəzanın hüquqa uyğun olmadığı, “əmre itaətsizlik” üçün qanuni elementlərin mövcud olmadığı və bu cür and oxunması ilə bağlı heç bir yazılı və ya şifahi əmrin verilmədiyini əsas gətirərək “bir gün xidmət yerini tərk etməmə” cəzasının ləğvini tələb etmişdi. Lakin məhkəmə bu tələbə etiraz edib.

Qərarda vurğulanıb ki, TSK‑nın təməlində intizam dayanır və verdiyi əmrlərə əməl etmək texniki və idarəetmə baxımından vacibdir. Məhkəmə hesab edib ki, əmrlərə riayət etməmək intizamsızlıqdır və bu halda tətbiq edilmiş intizam cəzası qanuna uyğundur.

Məhkəmə sənədlərində leytenantların mərasim məşqləri zamanı və mərasimin əvvəlindən bir neçə dəfə rəhbərliyə müraciət etdiyi, əvvəlki proqramda olmayan və artıq qanunvericilikdən çıxarılan andı mərasim zamanı oxumaq istədikləri, lakin bu tələblərin rədd edildiyi qeyd edilib.  M.T. bu qərarı appelyasiya məhkəməsinə verə bilər və proses davam edir.