Almanlar niyə hələ də kredit kartından çəkinirlər?

Almanlar niyə kredit kartından çox nağd pul və Girocard istifadə edirlər? Mədəni, tarixi və gizlilik səbəbləri xəbərdə.

112

Dünyanın ən güclü iqtisadiyyatlarından biri olan Almaniyada texnologiya, avtomobil və mühəndislik sahəsində böyük irəliləyişlər var. Amma ödəniş mövzusunda almanlar hələ də nağd puldan istifadəni üstün tuturlar. Bir kafedə hesabı ödəmək istəyəndə “Kredit kartı qəbul edirsiniz?” soruşduqda cavab adətən belə olur: “Təəssüf ki, yalnız nağd və ya EC-Karte (Girocard).”

Bu davranışın səbəbi təkcə iqtisadi deyil, həm də mədəni köklərə bağlıdır. Alman dilində “borc” mənasını verən “Schulden” sözü “günah” və ya “qəbahət” mənasını verən “Schuld” ilə eyni kökdən gəlir. Yəni borc yalnız maliyyə əməliyyatı deyil, əxlaqi yük kimi qəbul olunur. Kredit kartı isə sahib olmadığın pulu xərcləmək deməkdir, buna görə də almanlar üçün kredit kartı yalnız ödəniş vasitəsi deyil, borc batağına açılan qapıdır.

Tarixi travmalar da bu refleksi gücləndirir. 1920-ci illərdə Veymar Respublikasında baş verən hiperinflasiya, pulun bir gecədə dəyərsizləşməsi, almanların yaddaşında hələ də tazədir. Bu dövr almanlara bir dərs verdi: “Yığımlı olmaq fəzilətdir, borclanmaq zəiflikdir.”

Digər səbəb isə gizlilik və məxfilikdir. Şərqi Almaniya dövründə “Ştazi” tərəfindən izlənmiş və fişlənmiş xalq, şəxsi məlumatlarına qarşı son dərəcə həssasdır. Kredi kartı ilə ödəniş etmək, hər alış-verişin bank tərəfindən izlənməsi deməkdir. Bu səbəbdən nağd pul onlar üçün bir azadlıq manifestidir: “Heç kəs mənim həyatımı izləyə bilməz.”

Almanlar kart istifadə etmirlər deyə düşünülə bilər, amma onlar kredit kartı deyil, Girocard (EC-Karte) istifadə edirlər. Bu kart vasitəsilə hər ödəniş dərhal hesabdan çıxılır, yəni yalnız mövcud pul xərclənir. Kiçik bizneslər üçün də bu sistem sərfəlidir, çünki komissiya çox aşağıdır.

Almanlar üçün nağd pul həm də nəzarət və etibardır. Orta hesabla bir alman cüzdanında həmişə ən az 100 Avro nağd pul daşıyır. Pandemiya dövründə təmassız ödənişlər artıb, amma nağd pul sevgisi hələ də davam edir. “Bargeld ist König” (Nağd pul kraldır) deyimi Almaniyada öz aktuallığını qoruyur.

MS-News.az