Sierra Nevada de Santa Marta dağlarının zirvələri arasında, UNESCO tərəfindən qorunan unikal təbiət ərazisində yaşayan Koqi xalqı 500 ildən sonra dünyaya sönməyən bir mesajla çıxış edib. Bu qabilə özlərini “Böyük Qardaşlar”, müasir dünyanı isə “Kiçik Qardaşlar” adlandırır və insanlığı təbiəti qorumağa çağırır.
Koqi xalqı Antik Tairona sivilizasiyasının varisləridir və İspan işğalından qaçaraq Sierra Nevada zirvələrinə sığınmışlar. 1990-cı illərdə onlar sükutlarını pozaraq dünyaya təbiətin qorunması ilə bağlı xəbərdarlıq mesajı vermək istəsələr də bu proses başqalarının marağına çevrilərək, əksinə turizm və antropoloqların diqqətini cəlb edib. Nəticədə Koqilər bu cəhdlərini məyusluqla dayandıraraq, qapılarını yenidən bağlayıblar.
Bu xalq Sierra Nevada dağlarını “Dünyanın Ürəyi” adlandırır və hesab edirlər ki, müasir “Kiçik Qardaşlar” (insanlar) təbiəti məhv etməkdədir. Koqilər bu dağların Bicar (bioloji müxtəliflik baxımından) planet üçün əvəzolunmaz əhəmiyyətə malik olduğunu bildirir. Məlumatlara görə, ərazidə 600-dən çox quş növü və 189 məməli heyvan növü yaşayır və bu sahə beynəlxalq mühafizə təşkilatları tərəfindən yüksək qiymətləndirilir.
Müasir dünyada kənd təsərrüfatı, kokain ticarəti və meşələrin qırılması səbəbindən Sierra Nevada meşələrinin yalnız təxminən 17%-i qorunub saxlanıb ki, bu da Koqilərin xəbərdarlıq mesajının nə qədər yerində olduğunu göstərir.
Koqilər hazırda xarici dünyayla əlaqəni minimuma endirərək “Gonawindúa Tayrona təşkilatı” vasitəsilə yalnız etibarlı ekspertlərlə məhdud əlaqə saxlayır, qəhvəçilik və təbiətin qorunmasına fokuslanırlar.