Almaniyada prezident sarayındakı heykəl müzakirə yaratdı

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bellevue sarayında keçirilən müasir incəsənət sərgisində Aleksandra Birkenin “Eva” adlı bürünc heykəli sosial mediada mübahisələrə səbəb olub.

28

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi iqamətgahında nümayiş etdirilən provokativ incəsənət əsəri ölkədə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, Berlində yerləşən Bellevue sarayı əsaslı təmirə bağlanmazdan əvvəl “Freiraum Kunst” adlı müasir incəsənət sərgisinə ev sahibliyi edir. Sərgi Almaniyanın İncəsənət Akademiyası tərəfindən təşkil olunub və iyunun 13-dən 28-dək davam edəcək.

Sərgidə ən çox müzakirə doğuran əsərlərdən biri alman rəssam Aleksandra Birkenin “Eva” adlı bürünc işidir. “DW” yazır ki, əsər Bellevue sarayı kimi siyasi simvolizm daşıyan məkanda nümayiş etdirildiyi üçün həm incəsənət, həm də ictimai dəyərlər baxımından müzakirə yaradıb.

Akademie der Künste”nin rəsmi məlumatında sərgidə Aleksandra Birkenlə yanaşı Katarina Qrosse, Volfqanq Tillmans, Monika Bonviçini, Yoxen Gers və digər tanınmış sənətçilərin də iştirak etdiyi qeyd olunur. “Artefakt Berlin” isə Birkenin əsərini “Trolley II mit Eva” adı ilə təqdim edir və onun polad, bürünc və ağac materiallarından hazırlandığını bildirir.

Bəzi sosial media istifadəçiləri və mühafizəkar çevrələr əsərin prezident iqamətgahında nümayiş etdirilməsini tənqid ediblər. “The Times” nəşri yazır ki, məhz bu iş sərginin ən çox diqqət çəkən və ən çox mübahisə yaradan nümunələrindən birinə çevrilib.

Prezident Ştaynmayer isə sərgini müdafiə edərək azad incəsənətin demokratik cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. “Associated Press”in məlumatına görə, o, Bellevue sarayının müvəqqəti olaraq sənət və ictimaiyyət üçün açılmasını müsbət addım kimi qiymətləndirib.

Qeyd edək ki, Bellevue sarayı təmirə bağlanacağı üçün Prezident Administrasiyası binanı bir müddətlik müasir incəsənət məkanına çevirib. Sərgiyə marağın yüksək olduğu, pulsuz biletlərin qısa müddətdə tükəndiyi bildirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930