Yəməndəki Cənub Keçid Şurası dövlət elanına yaxın olduqlarını açıqladı

Yəməndə separatçı Cənub Keçid Şurası (CKŞ), Hadramaut və Mehra vilayətlərində qüvvələrini geri çəkmək çağırışlarını rədd edərək cənubda dövlət elanına yaxın olduqlarını bildirib.

86

Yəməndəki separatçı Cənub Keçid Şurası (CKŞ) bazar günü açıqlama verərək, Hadramaut və Mehra vilayətlərindəki qüvvələrini geri çəkmək çağırışlarını rədd etdiklərini və cənubda dövlət elanına yaxın olduqlarını bildiriblər.

CKŞ-nin rəsmi saytında yayımlanan açıqlamada, sözdə CKŞ Milli Məclisi sədri Ali Abdullah el-Kesiri deyib:

“Cənub, dövlətin elanına aparan kritik mərhələyə yaxınlaşdı. Bu ümid indi demək olar ki, gerçəyə çevrilmək üzrədir.”

Kesiri xüsusilə Hadramautda “birliyin təmin edilməsi və münaqişələrin həlli” zərurətini vurğulayıb və “qazancların qorunması üçün daxili cəbhənin gücləndirilməsi” çağırışı edib. O, həmçinin CKŞ qüvvələrinin Hadramaut və çöl bölgələrinə dəstəyi yerli əhalinin tələbi ilə aldığını iddia edib.

Kesiri bildirib ki, CKŞ Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla, Yəməndə qanuni hökumətə dəstək verən Ərəb Koalisiyası ilə münasibətlərin qorunmasına önəm verir. O əlavə edib ki, öz bölgələrini azad edə bilməyən bəzi tərəflərin cənub xalqının iradəsini zəiflətmək cəhdlərini qəbul etmirlər.

2015-ci ildən İran dəstəyi ilə fəaliyyət göstərən Husi hərəkatı (Ensarullah) başda olmaqla, Yəməndə uzunmüddətli siyasi qeyri-sabitlik davam edir.

BƏƏ-nin dəstəyi ilə 2017-ci ildə Ayderus ez-Zübeydi rəhbərliyində qurulan CKŞ, Yəmənin şimaldan ayrılmasını və 1990-cı ildəki birləşmə öncəsi statusuna dönülməsini tələb edir.

CKŞ-na bağlı qüvvələrin Ədən və ətraf bölgələrdən şərqə doğru hərəkəti yeni gərginliyə səbəb olub. Səudiyyə Ərəbistanının lderliyi ilə Ərəb Koalisiyası, CKŞ-nın Hadramaut və Mehra vilayətlərindəki hərbi mövqeyinə qarşı hərbi variantı masaya qoyub.

Yəmənin şərqindı CKŞ 4 dekabrda Hadramautdakı vacib şəhərlər və neft sahələrinin idarəsini ələ keçirib. 9 dekabrda Ədən şəhərində keçirilən toplantıda CKŞ rəhbəri Ayderus ez-Zübeydi, Cənub Silahlı Qüvvələrinin Mehra vilayətini nəzarətə götürdüyünü açıqlayıb.

Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi isə CKŞ-na Hadramaut və Mehra vilayətlərindən geri çəkilmə çağırışı etmişdi.