Ela Rümeysa Cebeci istintaqında yeni iddia: “3 Böyük” klub rəhbərinin ifadəsi gözlənilir

İstanbulda aparılan narkotik və fühuş şəbəkəsinə qarşı istintaq genişlənir. Spiker Ela Rümeysa Cebeci ilə birlikdə “3 böyük” klubdan birinin yüksək səviyyəli rəhbərinin də yaxın günlərdə ifadəyə çağırılacağı iddia edilir.

75

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan geniş miqyaslı narkotik və fühuş şəbəkəsinə qarşı istintaq sürətlə dərinləşdirilir və yeni iddialar gündəmə gəlir.

Spiker Ela Rümeysa Cebeci ilə bağlı davam edən araşdırmalarda “3 böyük futbol klubundan birinin yüksək səviyyəli rəhbərinin” ifadəsinin alınacağı iddia edilir.

İstintaq çərçivəsində, ictimaiyyətə tanınmış media və əyləncə dünyasından müxtəlif şəxslər də araşdırma altına alınıb. Həbs olunan şəxslər arasında keçmiş “Habertürk” ümumi yayın direktoru Mehmet Akif Ersoy, Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülhan “narkotik satın alma, saxlama və istifadə etməklə” bağlı ittihamlar ilə saxlanılıb; spiker Ela Rümeysa Cebeci isə “narkotik maddə istifadəsini asanlaşdırmaq” suçlaması ilə həbs olunub.

İstintaqın daha da genişlənəcəyi proqnozlaşdırılır. “Sabah” qəzeti xəbər koordinatori Abdurrahman Şimşek iddia edib ki, tutulmuş spiker ilə 3 böyük klubdan birinin rəhbər şəxsi arasında yazışmalar tapılıb və bu şəxs yaxın günlərdə ifadəyə çağırılacaq.

Şimşekin sözlərinə görə bu şəbəkədə olan gənc qadınların bir çoxu iş üçün cəlb edilib və daha sonra cazibədar vəzifələrə çatmaq ümidi ilə müxtəlif şəxslər vasitəsilə situasiyaya sövq olunublar. İddialara görə, bəzi hallarda iştirakçılar zorla müəyyən hallara məruz qalıb və bu anlar da yazışma və görüntülərdə əks olunub.

Hazırkı mərhələdə rəsmi məhkəmə prosedurları davam edir və prokurorluq heç bir fərdi şəxsə hələ rəsmi ittiham irəli sürməyib.