Kembric lüğəti 2025-ci ilin sözünü seçdi: “Parasosial”

Kembric lüğəti 2025-ci ilin sözünü seçdi: “parasosial”. Bu termin, sosial media, məşhurlar və süni intellektlə təktərəfli emosional münasibətlərin yüksəlişini izah edir.

143

Kembric lüğəti 2025-ci ilin sözü kimi “parasosial”  terminini elan edib. Bu söz insanlar ilə məşhurlar, infulnserlər və hətta süni intellekt sistemləri arasında yaranan tək tərəfli, emosional, çox vaxt isə sağlam olmayan əlaqə formalarını təsvir edir. Qararın kökündə, sosial şəbəkələrdə və rəqəmsal mühitdə bu cür münasibətlərin sürətlə artması dayanır.

“Parasosial” termini ilk dəfə 1956-cı ildə sosioloqlar Donald Horton və Riçard Vohl tərəfindən televiziya tamaşaçılarının ekran qarşısındakı simalarla qurduğu əlaqələri mədh etmək üçün işlədilmişdi. Zaman keçdikcə sosial medianın yüksəlişi bu anlayışı daha da aktual edib və cəmiyyətin dilinə tam şəkildə yerləşdirib.

Kembric lüğətinin izahında “parasosial” — insanın tanımadığı bir məşhur, uydurma obraz və ya süni intellekt botu ilə sanki real dostluq varmış kimi hiss etdiyi emosional bağ anlamına gəlir. 2025 boyunca bu söz həm axtarış motorlarında, həm də Kembric lüğətinin özündə dəfələrlə trend olub.

Lüğətin baş redaktoru Kolin Makintoş bildirib ki, “parasosial” sözü bu ilin ruhunu ən dəqiq əks etdirən termindir. Onun sözlərinə görə, akademik mənşəyə malik olan bu anlayış zamanla sosial media dilinə tam inteqrasiya olunub.

Bu tendensiyaya nümunə kimi məşhur müğənni Teylor Svift ilə NFL oyunçusu Travis Kelsin nişanı göstərilir. Cütlüyün şəxsi həyatı ilə bağlı xəbərlər yayıldıqdan sonra sosial şəbəkələrdə yaranan emosional reaksiyalar “parasosial davranış” ifadəsinin gündəlik danışıqda geniş yayılmasına səbəb olub.

Kembric Universitetinin professoru Simone Şnal xəbərdarlıq edir ki, parasosial münasibətlər artıq yeni mərhələyə keçib. İnflunserlərlə qurulan tək tərəfli emosional bağların çox zaman sağlam olmadığını deyən professor, süni intellektin də bu prosesə daxil olduğunu vurğulayıb.

Onun sözlərinə görə, insanların ChatGPT kimi sistemləri dost, sirdaş və ya psixoloq kimi görməsi, onlardan emosional dəstək gözləməsi parasosial davranışların təhlükəli bir genişlənməsidir.