İnsan ömrünü 150 ilədək artıra bilən həb hazırlandı

Çinli "Lonvi Biosciences" şirkəti insan ömrünü 150 ilə qədər artıra biləcəyini iddia edən yeni uzunömürlülük həbi hazırladığını açıqladı. Üzüm çəyirdəyi molekuluna əsaslanan dərman siçanlarda ömrü əhəmiyyətli dərəcədə uzatdı.

224

Çinli biotexnologiya şirkəti “Lonvi Biosciences”,  insan ömrünü radikal şəkildə uzatmaq iddiası ilə yeni bir eksperimental dərman təqdim edib. Şirkət, üzüm çəyirdəyindən əldə edilən xüsusi bir molekula əsaslanan bu həbi “uzunömürlülük sahəsində inqilab” kimi qiymətləndirir.

“Lonvi”-nin məlumatına görə preparat yalnız yaşlanma prosesini yavaşlatmır, eyni zamanda xroniki xəstəliklərin yaranma ehtimalını da aşağı sala bilər. Dərman bədəndə “zombi hüceyrələr” kimi tanınan, bölünmə qabiliyyətini itirsə də iltihab yaratmağa davam edən qocalmış hüceyrələri hədəf alır.

Şirkətin baş direktoru Ip Zhu yeni həbi “biologiyanın müqəddəs qabı” kimi xarakterizə edərək, aktiv maddənin hüceyrə səviyyəsində güclü regenerasiya təsiri yaratdığını bildirib.

Dərmanın tərkibində üzüm çəyirdəyindən çıxarılan prosiyanidin C1 (PCC1) adlı molekuldan istifadə olunur. PCC1-in laboratoriya mühitində ömrü uzatdığı daha əvvəl də qeydə alınmışdı. “Lonvi” tərəfindən aparılan sınaqlarda dərman verilən siçanların orta hesabla 9,4% daha uzun yaşadığı, doğumdan etibarən müalicə alanların isə 64,2% daha uzun ömür sürdüyü müəyyən edilib. Bu nəticələrin insanlar üçün necə tətbiq edilə biləcəyi isə hələlik məlum deyil. Kliniki testlərin davam etdiyi açıqlanıb.

“Lonvi”-nin texniki direktoru Liu Qinghua mediaya verdiyi açıqlamada 150 yaşına qədər yaşamanın “reallığa çox yaxın” olduğunu deyib. Onun fikrincə, bu hədəfin reallaşması üçün cəmi bir neçə il kifayət edə bilər.

2024-cü ildə Çində orta ömür uzunluğu 79 ilə qalxmışdı. Ölkədə yaşlanma əleyhinə texnologiyalara olan maraq sürətlə artır, dövlət və özəl sektor bu sahəyə böyük investisiya ayırır.

Şanxayda fəaliyyət göstərən “Time Pie” şirkətinin həmtəsisçisi Gan Yu bildirir ki, uzun ömür və gəncləşmə texnologiyalarına tələb inanılmaz dərəcədə yüksəlib:
“Artıq daha çox insan öz ömür müddətini uzatmaq üçün pul yatırmağa hazırdır.”

Mütəxəssislər dərmanın real təsirinin sübut olunması üçün genişmiqyaslı insan testlərinə ehtiyac olduğunu vurğulayır. Buna baxmayaraq, “Lonvi”-nin iddiaları elmi dairələrdə böyük müzakirələrə səbəb olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.