Qızıl nisbətə görə dünyanın ən gözəl 10 qadını müəyyən edildi

Londonda aparılan araşdırmaya görə, qızıl nisbət standartlarına əsasən dünyanın ən gözəl qadını seçildi. Emma Stoun zirvəyə çıxıb, Zendaya, Freyda Pinto və Beyons isə ilk onluqda yer alıb.

359

Londonda yerləşən İnkişaf Etmiş Üz Estetikası və Plastik Cərrahiyyə Mərkəzi tərəfindən aparılan son araşdırmada, “üzün bütün elementləri fiziki mükəmməllik” kriteriyasına görə qiymətləndirilən məşhurlar arasında dünyanın ən gözəl qadını müəyyən edilib.

37 yaşlı amerikalı aktrisa Emma Stoun, nisbət standartlarına əsasən dünyanın ən gözəl qadını seçilib.

Araşdırmada qaş, burun və dodaq mövqeyi, göz qapağı, ağız quruluşu, alın genişliyi və digər bir çox parametr ölçülərək fiziki mükəmməllik üçün qiymətləndirmələr aparılıb.

Ən gözəl qadınlar siyahısına daxil olan digər məşhurlar isə bunlardır: Zendaya, Freyda Pinto, Vanessa Kirbi, Cenna Orteqa, Oliviya Rodriqo, Aişvarya Ray Raççan, Tanq Vey, Marqot Robbi və Beyons.

Araşdırmanın məqsədi antik Yunan dövründə istifadə olunan “mükəmməl qızıl nisbət” kriteriyalarını müasir məşhurlar üzərində tətbiq edərək fiziki gözəllik baxımından ən uyğun simaları müəyyən etmək olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.