Rusiyada xoruz döyüşlərinin videoları qadağan edildi

Rusiyada məhkəmə xoruz döyüşlərini əks etdirən foto və videoların internetdə yayılmasını qadağan edib. Qərar heyvanlara qarşı qəddar rəftarın təbliğinin qarşısını almaq məqsədi daşıyır.

60
Rusiyada məhkəmə xoruz döyüşlərini əks etdirən foto və videomaterialların internetdə yayılmasını qadağan edib. Qərar prokurorluğun heyvanlara qarşı qəddar rəftarın nümayiş etdirilməsi ilə bağlı müraciəti əsasında qəbul olunub.

MSNews.az xəbər verir ki, “Fontanka” nəşrinin oktyabrın 11-də yaydığı məlumata görə, prokurorluq internetdə apardığı monitorinq zamanı xoruzların döyüşdürülməsini göstərən görüntülər aşkar edib. Materiallarda heyvanlara qarşı qəddar rəftar əlamətlərinin olduğu müəyyənləşdirilib.

Araşdırma zamanı görüntülərin yayımlandığı internet resursunun sahibini müəyyən etmək mümkün olmayıb. Bundan sonra prokurorluq həmin materialların yayılmasının qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

“Vzqlyad”nəşrinin məlumatına əsasən, məhkəmə prokurorluğun iddiasını təmin edərək sözügedən foto və videoların internetdə yayılmasını qanunsuz hesab edib. Məhkəmənin qərarı artıq qanuni qüvvəyə minib.

Qərar heyvanlara qarşı qəddar rəftarı əks etdirən və bu cür davranışı təbliğ edən materiallarla bağlıdır. Bu, xoruzların iştirak etdiyi bütün foto və videoların avtomatik qadağan olunması demək deyil.

Maraqlıdır ki, xəbər sosial şəbəkələrdə istehzalı reaksiyalara da səbəb olub. Bəzi istifadəçilər Rusiyanın tanınmış televiziya aparıcısı Vladimir Solovyovun siyasi debatlarla müşayiət olunan verilişinə eyham vuraraq “Bəs rusiyalılar indi Vladimir Solovyovla axşam verilişinə necə baxacaqlar?” sualını səsləndiriblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.