Makrondan sərt açıqlama: “ABŞ artıq Ukraynanı dəstəkləmir”

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukraynaya dəstəyinin artıq olmadığını bildirib. O, Avropanı Rusiya ilə dialoqda təşəbbüsü ələ almağa çağırıb.

72

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukraynaya dəstəyinin artıq olmadığını bəyan edərək Avropa ölkələrini Rusiya ilə danışıqlarda təşəbbüsü ələ almağa çağırıb.

MSNews.az xəbər verir ki, Makron bu barədə noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə açıqlamasında bildirib.

“Avropalılar olmadan Ukraynaya heç bir dəstək olmayacaq. Gəlin dürüst olaq, ABŞ-nin dəstəyi artıq yoxdur”, – deyə Fransa lideri vurğulayıb.

Bu barədə “The Independent” məlumat yayıb.

Makronun sözlərinə görə, Vaşinqton hazırda vasitəçilik səylərini davam etdirsə də, Avropanın gələcək təhlükəsizliyinə dair qərarları avropalılar özləri verməlidirlər.

Fransa Prezidenti Avropa dövlətlərini Rusiya ilə birbaşa dialoqu bərpa etməyə də çağırıb.

“Biz avropalılar olaraq yenidən təşəbbüsü ələ almalı və Rusiya ilə dialoqa başlamalıyıq. Bundan sonra danışıqların formatı müəyyənləşəcək”, – deyə Makron bildirib.

Fransa lideri Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq Avropanın həm müharibənin başa çatdırılması, həm də gələcək təhlükəsizlik arxitekturası ilə bağlı vahid mövqe formalaşdırmalı olduğunu qeyd edib.

Bununla yanaşı, Makronun ABŞ-nin dəstəyinin dayandığı barədə fikirləri Vaşinqtonun diplomatik vasitəçilik fəaliyyətinin tamamilə başa çatması demək deyil. ABŞ Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında iştirakını davam etdirir.

“Reuters” agentliyinin məlumatına görə, Kreml noyabrın 13-də Avropa nümayəndələrinin sülh danışıqlarına qoşulması üçün onların prosesə real töhfə verməyə hazır olduqlarını nümayiş etdirməli olduqlarını açıqlayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.