Medvedev Zelenskini ağır təhqir etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Donald Trampın Zelenski barədə açıqlamalarına münasibət bildirərək Ukrayna Prezidentini ağır ifadələrlə təhqir edib.

13

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərək onu ağır ifadələrlə təhqir edib.

MSNews.az xəbər verir ki, Medvedev oktyabrın 16-da sosial şəbəkə hesabında paylaşım edərək Trampın Zelenskinin sülh razılaşmasına getmək istəmədiyi barədə açıqlamasını sitat gətirib.

ABŞ Prezidentinin “Newsmax” telekanalına müsahibəsində səsləndirdiyi sözlərə istinad edən Medvedev Trampın Zelenskini Ukraynada sülhün əldə olunmasına maneə kimi gördüyünü iddia edib.

“Mən Zelenskinin böyük pərəstişkarı deyiləm. O, Ukraynanı məhv edib”, – deyə Trampın açıqlamasından sitat gətirilib.

Bundan sonra Rusiya rəsmisi Ukrayna Prezidentinə qarşı son dərəcə təhqiramiz ifadələr işlədib. Medvedev Zelenskiyə siçan zəhəri içməyi və ya həddindən artıq dozada narkotik qəbul etməyi təklif edən ifadələr səsləndirib.

İtaliyanın “Agenzia Nova” agentliyinin məlumatına görə, Medvedev Zelenskini əvvəllər Qərbdə “İlin adamı” və “yeni Çörçill” kimi təqdim edilən, hazırda isə ABŞ-nin maraqlarına maneə sayılan siyasətçi adlandırıb.

“O, özünü bəsləyən əli qan çıxana qədər dişlədi”, – deyə Medvedev bildirib.

Rusiya rəsmisi Avropa liderlərini də hədəfə alaraq onların Zelenskiyə Tramp administrasiyası ilə münasibətlərdə səbirli olmağı və ABŞ-da keçiriləcək Konqres seçkilərinin nəticələrini gözləməyi tövsiyə etdiklərini iddia edib.

“EADaily” nəşrinin məlumatına görə, Medvedev paylaşımında Avropa siyasətçilərini də təhqir edib və onların Trampa qarşı mənfi münasibətdə olduqlarını irəli sürüb.

Medvedevin açıqlamaları ABŞ və Ukrayna arasında sülh danışıqlarının şərtləri ilə bağlı fikir ayrılıqlarının yaşandığı dövrə təsadüf edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.