İlham Əliyev Hakan Fidanı qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə baş verən proseslər müzakirə olunub.

41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüş zamanı iki ölkə arasındakı münasibətlərdə son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata əsasən, Prezident İlham Əliyevlə Hakan Fidanın görüşündə Azərbaycan-Türkiyə münasibətlərinin aktual məsələləri diqqət mərkəzində olub.

Tərəflər iki ölkə arasındakı əlaqələrdə son dövrlərdə baş verən prosesləri müzakirə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.