Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.
MSNews.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların qızı Arzu Əliyeva iştirak ediblər.
Şam yeməyi Azərbaycanın ev sahibliyi etdiyi AQEM-in VII Zirvə Görüşü ərəfəsində təşkil olunub.
Qeyd edək ki, oktyabrın 15-də Bakıda keçiriləcək Zirvə Görüşü Asiya ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm beynəlxalq tədbirlərdən biridir.
Azərbaycanın sədrliyi ilə keçirilən sammitdə regional təhlükəsizlik, dövlətlərarası əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

























